Runi 4.5 ildə 70 milyon qazanacaq

Runi 4.5 ildə 70 milyon qazanacaq
Yaydan bəri "Mançester Yunayted"dən ayrılacağı ilə bağlı xəbərlər yayılan Ueyn Runi ilə yeni müqavilə imzalanıb. Fanat.az xəbər verir ki, İngiltərə mətbuatı "qırmızı şeytan"ların ulduz futbolçu ilə 4.5 illik anlaşma əldə edib.
Məlumatda qeyd olunur ki, Runinin həftəlik maaşı 250 min funt-sterlinqdən 300 min funt-sterlinqə qaldırılıb. O, 4.5 il ərzində klubdan 70 milyon funt-sterlinq alacaq.
 
Qeyd edək ki, Runi 2004-cü ildə "Everton"dan "Mançester Yunayted"ə 25.6 milyon funt-sterlinqə transfer olunmuşdu. O, bu klubda 423 oyun keçirib və 208 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər