Rüfət oynadı, komandası uduzdu

Rüfət oynadı, komandası uduzdu

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern"in U-23 komandası "Vormatia"nın qonağı olub.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Rüfət 74-cü dəqiqədə Kaloqero Rizzutoni əvəzləyib və son 16 dəqiqədə meydanda olub.

Qeyd edək ki, Regional Liqanın "Cənub-Qərb" zonasında çıxış edən "Kayzerslautern" 25 oyundan sonra 41 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər