Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern"in U-23 komandası "Hoffenhaym II"ni qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Jan-Lukas Dorov imza atıb. Rüfət start heyətində yer alıb və 77-ci dəqiqədə Sebastian Lindner tərəfindən əvəzlənib.
Qeyd edək ki, Regional Liqanın "Cənub-Qərb" zonasında çıxış edən "Kayzerslautern" 26 oyundan sonra 44 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az