Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun yeni transfer olunduğu "Sarbrüüken" "Mannheym"i qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət bu matçda debüt edib. O, 72-ci dəqiqədə Patrik Zoundinin yerinə meydana çıxıb. Dadaşov ilk matçında sarı vərəqə alıb.
Qeyd edək ki, "Sarbrüüken" 9 turda 22 xal qazanıb və turnir cədvəlinə başçılıq edir.
Fanat.az