Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrükken" "Kayzerslautern II"ni qəbul edib.
Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer almayan Rüfət 68-ci dəqiqədə meydana çıxıb. Millimizin üzvü Sven Sokleri əvəzləyib.
Qeyd edək ki, Regional Liqanın Cənub-Qərb zonasında çıxış edən "Saarbrükken" 11 turda 26 xal toplayaraq 2-ci pillədə qərarlaşıb və lider "Kickers Offenbax"dan 2 xal geri qalır.
Fanat.az