Ulduz futbolçu Ronaldonun sevgilisi İrina Şeyk iyunun 6-da Antalya “Expo Center”də reallaşacaq “Dosso Dossi Fashion Show”da baş maneken olaraq podiuma çıxacaq. Fanat.az xəbər verir ki, bu il “Dosso Dossi Fashion Show” iyunun 5-11-də 18-ci dəfə keçiriləcək.
Rusiyalı qonaqların istəyi ilə cazibədar modellə müqavilə imzalanıb. İyunun 6-da - cümə günü keçiriləcək şouda İrina Şeykin 4 fərqli geyim təqdim edəcəyi bildirilib.
“Dosso Dossi Fashion Show” bundan əvvəl Adriana Lima, İsabeli Fontana, Erin Heaterton və Miranda Kerr kimi adları Antalyada podiuma çıxarıb.
Fanat.az