Ronaldonun başına alışqan çırpdılar - FOTO

Ronaldonun başına alışqan çırpdılar - FOTO

İspaniya "Kral Kuboku"nda bu gecə "Atletiko"nun qonağı olan "Real"ın futbolçusu Kriştiano Ronaldo xoşagəlməz halla üzləşib. Fanat.az xəbər verir ki, portuqaliyalı ulduzun başıqa alışqan vurulub.

Belə ki, matçın fasiləsində paltardəyişə otağına yollanan zaman azarkeşlərdən biri alışqanı Ronaldonun başına çırpıb. Nəticədə bir qədər yerdə qalan futbolçu həkimlərin müdaxiləsindən sonra paltardəyişə otağına yollanıb.

Qeyd edək ki, "Atletiko" - "Real" matçının ilk yarısı qonaqların 2:0 üstünlüyü ilə bitib. Hər iki qola penaltidən Ronaldo imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər