Ronaldo yubiley oyununu qolla "yudu"

Ronaldo yubiley oyununu qolla "yudu"

Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldo və komandanın müdafiəçisi Pepe "Kral klubu"nun heyətində 250-ci oyunlarını keçiriblər. Fanat.az xəbər verir ki, bu, İspaniya Primerosunun açılış turunda "Kordoba" ilə görüşə təsadüf edib.

Ronaldo yubiley matçını qolla "yuyub". Komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüşdə, ulduz futbolçu son dəqiqədə fərqlənib.

"Real"ın heyətində keçirdiyi görüşlərdə Ronaldo ümumilikdə 156 qola imza atıb. Pepenin göstəricisi isə ampluasına uyğundu: o, 9 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər