Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo yenidən "Mançester Yunayted"ə qayıtmaq istədiyini bildirib. Fanat.az xəbər verir ki, 2003-2009-cu illərdə İngiltərə təmsilçisinin şərəfini qoruyan Portuqaliya millisinin futbolçusu ən xoş günlərini məhz "MY"də yaşadığını bildirib.
Ronaldo fikirlərini bu cür səsləndirib: "Bu komanda əbədi olaraq ürəyimdə qalacaq. Mançesterli azarkeşlərin tayı-bərabəri yoxdu və ümid edirəm ki, nə vaxtsa bu imkanı əldə edəcəm. "Real"da xoşbəxtəm və bu komanda ilə hələ 4 illik müqaviləm var ancaq gələcəkdə nə olacağını söyləmək olmaz".
Fanat.az