Roberto Karlosdan millimizin üzvünə böyük şans

Roberto Karlosdan millimizin üzvünə böyük şans
Cihan Özkara cari mövsümdə ilk dəfə Super Liqa matçına start heyətində çıxa bilər. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Fanatik.com.tr saytının məlumatına görə, baş məşqçi Roberto Karlos Burhan Eser və Mehdi cəzalı olduğundan "Kasımpaşa" matçında Hakan Arslanla Cihan Özkaraya start heyətində şans verəcək. Hakan yarımmüdafiənin mərkəzində, Cihan sağ cinahında yer alacaq.
Qeyd edək ki, Özkara indiyədək bir dəfə - 2011/12 mövsümündə start heyətində çıxıb. O, cari mövsümdə 10 çempionat oyununda cəmi 66 dəqiqə oynayıb. Əvəzində 8 kubok matçının 5-də start heyətində yer alıb, ümumilikdə 466 dəqiqə oynayıb və 2 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər