Riçard Almeyda etiraf etdi: "Bu mümkün deyil"

Riçard Almeyda etiraf etdi: "Bu mümkün deyil"

"Qarabağ"ın futbolçusu Riçard Almeyda "Neftçi" ilə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Braziliyalının fikirlərini diqqətinizə çatdırırıq.

- İlk olaraq gərgin keçən oyunla bağlı düşüncələrini bilmək istəyərdik...

- Çətin oyun oldu. Bilirdik ki, "Neftçi" klassik futbola üstünlük verir. Fikrimcə, "Qarabağ" bu gün daha yaxşı idi.

 

- Çumbinyo və Diasın yoxluğu hiss edildi?

- Çumbinyo və Dias kimi  futbolçularımızı itirsək də, bu gün yaxşı oynadıq və qalib gəldik. Futbolçularımızı təbrik edirəm. Bu oyun göstərdi ki, bizdə əvəzolunmaz futbolçu yoxdu.

 

- "Neftçi" daha sərt oynayırdı ki, "İnter"lə matç öncəsi hər hansı bir komanda yoldaşınız zədələnə bilərdi...

- Biz bilirdik ki, onların futbolçuları sərt oyuna üstünlük verirlər. Bu futboldur və bunlara öyrəşməliyik. Başqa ölkələrdə də belə komandalar var. Ancaq bizim futbolçuların individual bacarığı sayəsində biz fərq yarada bilərik.

 

- Avropa Liqasında İtaliyada "İnter"lə qarşılaşacaqsınız. "Qarabağ" səfərə ciddi itkilərlə yollanır. "Qarabağ"dan nə gözləyək?

- Burda göstərdiyimiz üstünlüyü təbii ki, orada etmək çətindi. Ancaq baş məşqçimiz necə oynamaq lazım olduğunu bizə başa salacaq, izah edəcək. Bilirik ki, bizə çətin olacaq, ancaq Milanda yaxşı oyun göstərəcəyik.

 

- Reynaldonun milliləşdirilmə məsələsi ilə bağlı sənin düşüncələrin nədi? Elxan Məmmədov deyir bir bağlılıq tapa bilmədik və adı da azərbaycanlı ad deyil...

- Reynaldonun milliləşdirilməsi həm Azərbaycan milli komandası, həm də onun özü üçün yaxşıdı. Çalışmaq lazımdı ki, bu iş müsbət nəticələnsin. Ancaq nə olacağını hələ demək olmaz.

 

- Sənin də milliləşdirilmə məsələn gündəmdə idi...

- Mən belə şeylərə çox da fikir vermirəm. Bir gün məni də milliləşdirmək istəsələr, xoşbəxt olaram. Bütün futbolçuların kiçik yaşlarından ən böyük arzuları milli komandada oynamaq olur. Ancaq Azərbaycanda çıxış etdiyimdən Braziliya millisinə çağırılmağım mümkün deyil.

aut.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər