Reynaldo Serxio Aquerodan 42 dəqiqə geri qaldı

Reynaldo Serxio Aquerodan 42 dəqiqə geri qaldı

Ünlü bir yabancı spor sitesi, yıldız golcülerin, ortalama kaç dakikada bir gol attığını mercek altına aldı.. Listede, zirvenin sahibi ise Arjantinli bir yıldız oldu..

"Böyük beşlik" ölkələrinin hücumçuların orta hesabla neçə dəqiqədən bir qol vurduğu araşdırılıb. Fanat.az xəbər verir ki, "Böyük beşlik"də aparılan araşdırmaların nəticəsində hazırlanan "10-luğ"a Serxio Aquero başçılıq edir.

Öncədən qeyd edək ki, futbolçuların oynadığı dəqiqə vurduğu qolların sayına bölünüb. Məlum olub ki, Serxio Aquero Avropanın ən tez qol vuran oyunçusu "Mançester Siti"nin apgentinalı ulduzudu. Bir müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Aquero Premyer Liqada oynadığı müddətdə hər 79.9 dəqiqədən bir fərqlənib.

Onu Lionel Messi izləyir. "Barselona"nın argentinalı ulduzu La Liqada hər 81.4 dəqiqədən bir qol vurur. İlk "üçlüy"ü Luis Suares qapayır. "Liverpul"un uruqvaylı ulduzu rəqib qapılarına 83.5 dəqiqədən bir yol tapır. La Liqanın bombardiri Kriştiano Ronaldo isə hər 84.9 dəqiqədə bir dəfə qol sevinci yaşayır.

1. Serxio Aquero - 79.9 dəqiqə

2. Lionel Messi - 81.4 dəqiqə

3. Luis Suares - 83.5 dəqiqə

4. Kriştiano Ronaldo - 84.9 dəqiqə

5. Daniel Sturridge - 91.8 dəqiqə

6. Klaas-Jan Huntelaar - 96.3 dəqiqə

7. Guzeppe Rossi - 100.2 dəqiqə

8. Mario Mandzukiç - 103.2 dəqiqə

9. Zlatan İbrahimoviç - 103.4 dəqiqə

10. Dieqo Kosta - 103.5 dəqiqə

Bu araşdırmaya uyğun olaraq Fanat.az Topaz Premyer Liqasında çıxış edən forvardların işini dəyərləndirib. Hazırladığımız siyahıya "Qarabağ"ın forvardı Reynaldo Silva başçılıq edir. Premyer Liqanın bombardiri oynadığı 2070 dəqiqədə 17 qola imza atıb. Bu isə onun hər 121.7 dəqiqədən bir fərqlənməsi deməkdi.

Bu mövsüm zədə səbəbindən cəmi 13 oyuna çıxan və 870 dəqiqə oynaya bilən Əfran İsmayılov ikinci pillədə qərarlaşıb - 145 dəqiqə. İlk üçlüyü Daniel Subotiç qapayır. "Qəbələ"nin üzvü 1805 dəqiqədə 11 dəfə fərqlənməklə hər 164.9 dəqiqədən bir rəqib qapılarına yol tapıb. 

1. Reynaldo Silva (Qarabağ) - 121.7 dəqiqə

2. Əfran İsmayılov (Bakı) - 145.0 dəqiqə

3. Daniel Subotiç (Qəbələ) - 164.1 dəqiqə

4. Bahodir Nasimov (Neftçi) - 171.4 dəqiqə

5. Aleksandr Soliç (Bakı) - 179 dəqiqə

6. Vaqif Cavadov (İnter) - 190.0 dəqiqə

7. Nedo Turkoviç (AZAL) - 198.0 dəqiqə

8. Draqan Çeran (Simurq) - 203.7 dəqiqə

9. Mbilla Etame (Xəzər Lənkəran) - 222.3 dəqiqə

10. Junior Nildo (Xəzər Lənkəran) - 225.4 dəqiqə

11. Leroy Corc (Qarabağ) - 226.2 dəqiqə

12. Baçana Tsxadadze (İnter) - 229.8 dəqiqə

13. Cavid Hüseynov (Bakı) - 240.5 dəqiqə

14. Rauf Əliyev (Bakı) - 257.6 dəqiqə

15. Leonardo da Silva (Qəbələ) - 261.8 dəqiqə

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər