Reynaldo "50" dedi

Reynaldo "50" dedi
Topaz Premyer Liqasında mövsümün 50-ci qolu vurulub. Fanat.az xəbər verir ki, yubiley qolu AZAL - "Qarabağ" oyununda qeydə alınıb.
Matçın 66-cı dəqiqəsində fərqlənən Reynaldo 50-ci qolun müəllifi olub. Bu həm də onun Azərbaycan çempionatında 25-ci qolu kimi tarixə düşüb.
Qeyd edək ki, Topaz Premyer Liqasında mövsümün ilk qolunu Rauf Əliyev vurmuşdu. Açılış oyununda AZAL-ın qonağı olan "Xəzər Lənkəran"ın forvardı 35-ci dəqiqədə rəqib qapısına yol taparaq ilkə imza atmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər