"Qarabağ" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXIII turunda "Simurq"u qəbul edəcək komanda "Rəvan"la fevralın 19-da baş tutan (2:0) sonuncu görüşdən sonra dərhal hazırlıqlara başlayıb.
"Qarabağ" günün yeganə çalışmasına saat 16.00-da çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşq 90 dəqiqə davam edib.
Məşqdə bütün futbolçular iştirak edib. Ötən turu zədə səbəbindən buraxan Reynaldo artıq komandayla çalışır. Fevralın 8-də "Qəbələ"ylə oyunda sıradan çıxan Admir Teli isə fizioterapevt nəzarətində fərdi təmrinlərlə kifayətlənir.
Fanat.az