Topaz Premyer Liqasında XXVIII turun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötun turun ən yaxşı futbolçusu "Qəbələ"nin qapısına iki qol vuran Reynaldo Silva olub.
Rəmzi komandada "Neftçi" və "İnter"in 4 üzvü yer alıb. "Bakı"nın iki futbolçusu ən yaxşılar arasına düşüb. "Qarabağ"dan isə yalnız Reynaldo ən yaxşı "11-lik"də yer alıb.
Qapıçı: Səlahət Ağayev (İnter).
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Karlos Kardoso (Neftçi), Laşa Salukvadze (İnter), Mahir Şükürov (Neftçi).
Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Mario Lukas Horvat (Bakı), Asif Məmmədov (İnter), Namiq Ələsgərov (Bakı).
Hücumçular: Reynaldo Silva (Qarabağ), Aleksandr İaşvili (İnter).
Fanat.az