Türkiyənin PTT 1-ci liqasında II turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Kayserispor"un qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Ufuk start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Rəhman 64-cü dəqiqədə Muhammed Demircini əvəzləyib və 8 dəqiqə sonra sarı vərəqə alıb. Vaqif isə 90-cı dəqiqədə Sertan Vardarın yerinə meydana çıxıb.
Qeyd edək ki, "Qaziantep BB" 2 turda 2 xal qazanıb.
Fanat.az