Rəhman Hacıyev "Sivasspor"a qol vurdu

Rəhman Hacıyev "Sivasspor"a qol vurdu

Sivasda təşkil olunan Cumhuriyyət Kuboku başlayıb. Fanat.az xəbər verir ki, ilk yarımfinal matçında "Sivasspor"la "Qaziantep BB" qarşılaşıb.

"Sivasspor"da millimizin üzvü Cihan Özkara meydana çıxmayıb. "Qaziantep BB"də Ufuk Budakla Vaqif Cavadov start heyətində yer alıb. Ufuk 90 dəqiqə oynayıb, Vaqifi 64-cü dəqiqədə Rəhman Hacıyev əvəzləyib.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. 83-cü dəqiqədə Muhammed Demircinin müdafiəçilərin arxasına göndərdiyi top ələ keçirən Rəhman Hacıyev qapıçı ilə təkbətək qalıb və qol vuraraq matçı penalti seriyasına daşıyıb. 

Penalti seriyasında 4:2 hesablı qələbə qazanan "Sivasspor" finala çıxıb. Cihan Özkarının komandası həlledici matçda "Adana Dəmirspor"la qarşılaşacaq. "Qaziantep BB" isə üçüncü yer uğrunda oyunda "Mersin İdman Yurdu"nu sınağa çəkəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər