İstanbulda 27-ci Beynəlxalq “Boğaziçi” açıq karate turniri davam edir. Fanat.az xəbər verir ki, yarışın ikinci günü 18-20 yaşlı gənclər və böyüklərin döyüşləri baş tutub. Karateçilərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
Turnirin favoritlərindən Rəfael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) çempion olub. Rafiz Həsənovla (-67 kq) Tural Balcanlı yalnız finalda qələbəni əldən veribsə, Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Orxan Heydərli (hər ikisi +84 kq) bürünc mükafatlarla kifayətlənib. Milli komandamızın üzvlərindən N.Əliyevlə R. Həsənov qızıl medal uğrunda, Ş.Atamovla Asiman Qurbanlı (+84 kq) isə üçüncü yerə çıxmaq üçün mübarizə aparıb.
Bazar günü komanda kumite və komanda kata yarışları keçiriləcək. Azərbaycan karateçiləri həm kişi, həm də qadınların komanda kumite turnirində çıxış edəcək. İdmançılarımız ayın 8-də Bakıya dönəcək.
Fanat.az