Ramazanov qol vurdu, yığmamız Sinqapurla sülh bağladı

Ramazanov qol vurdu, yığmamız Sinqapurla sülh bağladı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib. Fanat.az xəbər verir ki, Bernard Lippert yetirmələrini Sinqapurun A millisi ilə oyunda sınayıb.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Yığmamızın qoluna "Xəzər Lənkəran"ın üzvü Ağabala Ramazanov imza atıb.
Qeyd edək ki, bu matç yığmamızın Antalyada 3-cü sınağı olub. Bunadək "Antalyaspor" klubunun U-21 komandasına 5:3 hesabı ilə yenən komnadamız Qazaxıstan U-21-ni də üstələmişdi - 1:0. Lippertin başçılıq etdiyi yığma son oyununu yanvarın 26-da Küveyt U-21-nə qarşı keçirəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər