"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun durumu müəyyənləşib. Fanat.az xəbər verir ki, "Böyük oyun"da ağır zədə alan millinin üzvü 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu səbəbdən o, millinin Dubay toplanışını da buraxmalı olacaq.
Qeyd edək ki, "Neftçi" ilə oyunun start heyətində yer alan Rasim 24-cü dəqiqədə yerini Ağabala Ramazanova verməli olmuşdu. Dərhal müayinə üçün Bakıya göndərilən futbolçunun çanaq sümüyündə çat aşkarlanıb.
Fanat.az