"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov bu gün komandasının Antalyadakı axşam məşqindən sonra Fanat.az-a müsahibə verib. Rasimin bu gün doğum gününü qeyd etdiyini bildirək.
- Məşqlər necə keçir?
- Yaxşı. Gündə iki dəfə bütün səyimizlə çalışırıq və qarşıdakı dövrədə bunun nəticəsini görəcəyik.
- Yanvarın ilk günlərindən Antalyada təlim-məşq toplanışandısınız. İndiyə kimi "Xəzər Lənkəran"da nə dəyişib?
- Deyərdim ki, kollektiv oyunumuz yaxşılaşıb. Mustafa Dənizli çox ciddi məşqçidi və disiplinə xüsusilə fikir vərən mütəxəssisdi. Hesab edirəm ki, baş verən bu hazırlıqların nəticəsi yaxşı olacaq.
- Komandaya yeni mərkəz müdafiəçisi qoşulub. Villian Tyeqo ilə rəqabətə hazırsan?
- Pis çıxmasın, deyərdim ki, rəqabət olanda futbolçuda artım müşahidə olunur. Onun gəlməyi bizim gücümüzə güc qatdı. Kim özünü yaxşı tərəfdən göstərsə, əsas heyətdə də o oynayacaq. Əsas odu ki, "Xəzər Lənkəran" qalib gəlsin.
- Mustafa Dənizlinin məşqləri necə, səni qane edir?
- Hər şey qaydasındadı. Deyərdim ki, onun hazırlığı futbolçuların inkişafına müsbət mənada təkan verir. Onun rəhbərliyi altında məşqlərdə var gücümüzlə çalışırı və istədiyimiz yerlərdə olacağıq.
- Məşqlərdə şahidi olduq ki, Mustafa Dənizli topu yerlə oyuna qoşa bilmədiyin üçün sənə öz iradalarını bildirdi...
- Bəli, məşqçi mərkəz müdafiəçilərdən diqqətli olmağı, ilk pası düzgün atmağı tələb edir. İstəyirki hücumları biz başlayaq.
- Bir neçə gündən sonra Premyer Liqada növbəti dövrənin açılış oyununda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyuna hazırsınıznızmı?
- Bəli. "Qarabağ" çempionatımızın ən yaxşı klublarından biridi. Kim güclüdüsə, o da qalib gələr.
- "Xəzər Lənkəran" ikinci dövrədə istədiyi yerlərə çata biləcək?
- Biz də bunun üçün çalışırıq. Əminəm ki, qarşıdakı iki dövrədə azarkeşlər tamam başqa "Xəzər Lənkəran" görəcəklər.
Fanat.az