Raillə Ayaz üz-üzə gəlmədi

Raillə Ayaz üz-üzə gəlmədi

Türkiyənin PTT 1-ci liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" Ayaz Mehdiyevin forma geyindiyi "Giresunspor"u qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Rail Məlikov ilk dəfə liqa matçında "18-liy"ə düşsə də, ehtiyatda qalıb. Məlikov bundan əvvəlki 4 matçda heyətdən kənarda qalsa da, kubokdakı yeganə matçda oynamışdı. Ayaz isə yenə "18-lik"dən kənarda qalıb.

Qeyd edək ki, "Dənizlispor" 5 turda 7 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Giresunspor" isə 4 xalla 10-cu yeri tutur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər