Rail oynadı, Subaşiç qol ötürməsi verdi

Rail oynadı, Subaşiç qol ötürməsi verdi

Milli oyunlara görə yaranan fasilədən yararlanan "Dənizlispor" və "Manisaspor" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa klubuları Dənizlidəki "Atatürk" stadionunda qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. "Dənizlispor"da çıxış edən Rail Məlikovla "Manisaspor"da forma geyinən Branimir Subaşiç start heyətində yer alıb. Raili fasilədə Ömer Kulqa əvəzləyib. Subaşiçin yerinə isə 63-cü dəqiqədə Oğuzhan Palaz meydana çıxıb.

Hesabı 20-ci dəqiqədə Branmir Subaşiçin ötürməsindən sonra Kudret açıb. 82-ci dəqiqədə isə "Dənizlispor"dan Bülent Ertuğrul bərabərliyi təmin edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər