Türkiyənin PTT 1-ci liqasında IV tura start verilib. Fanat.az xəbər verir ki, açılış matçında Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" "Osmanlıspor"u qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. PTT 1-ci liqanın ilk 3 matçında oynamayan, həftəiçi kubok oyununda meydana çıxan Rail bu dəfə də heyətdə yer almayıb. Futbolçusuzun adı "18-liy"ə salınmayıb.
Qeyd edək ki, "Dənizlispor" 4 oyunda 6 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.
Fanat.az