Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" "Trabzon Akçaabat"ın qonağı olub.
Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Matçın qalibi penalti seriyasında müəyyənləşib. "Trabzon Akçaabat" 4:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
PTT 1-ci liqanın ilk 3 turunda meydana çıxmayan Rail Məlikov bu dəfə start heyətində yer alıb. 120 dəqiqə oynayan millimizin sabiq üzvü 49-cu dəqiqədə sarı vərəqə alıb.
Fanat.az