Rail Məlikov 200 gündən sonra...

Rail Məlikov 200 gündən sonra...
Rail Məlikov meydana qayıdıb. Fanat.az xəbər verir ki, "Qəbələ"nin müdafiəçisi "Qarabağ"la kubok matçının 29-cu dəqiqəsində zədələnən İbrahima Niasseni əvəzləyib.
Bununla Məlikov ötən ilin 31 avqustundan sonra ilk dəfə meydana çıxıb. Belə ki, futbolçu Premyer Liqanın V turunun "Xəzər Lənkəran"la oyununda 90 dəqiqə oynamış və növbəti turun AZAL-la matçına hazırlaşarkən məşqdə ağır zədə almışdı. Müayinə zamanı sabiq milli üzvünün ön çarpaz bağlarının qopduğu müəyyənləşmişdi. "Acıbadem" xəstəxanasında əməliyyat olunan Rail ötən ilin 31 avqustundan sonra meydana çıxmamışdı. O, dünən 200 günlük fasilədən sonra meydana çıxıb. "Qəbələ" bu müddətdə Premyer Liqada 21, kubokda 2 oyunu Railsiz keçirmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər