"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev növbəti yubileyinə hazırlaşır. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXIX turunda "Qəbələ"yə qarşı oyuna çıxacağı halda yarımmüdafiəçi çempionatda 200-cü dəfə ağ-yaşıl formanı geyəcək.
İndiyədək "Xəzər Lənkəran"da hamıdan çox - 260 qarşılaşma keçirən orta sahə oyunçusu 199 dəfə çempionat görüşündə iştirak edib. Komandada 8-ci mövsümünü keçirən kapitan buna nail olan ilk futbolçudu.
| Mövsüm | Oyun | Dəqiqə | Qol | Sarı | Qırmızı |
| 2006/07 | 17 | 801 | 5 | 1 | 0 |
| 2007/08 | 16 | 1103 | 1 | 2 | 0 |
| 2008/09 | 24 | 2017 | 4 | 3 | 0 |
| 2009/10 | 27 | 2236 | 1 | 5 | 0 |
| 2010/11 | 30 | 2548 | 0 | 4 | 0 |
| 2011/12 | 31 | 2790 | 5 | 5 | 0 |
| 2012/13 | 30 | 2629 | 1 | 5 | 0 |
| 2013/14 | 24 | 2037 | 0 | 6 | 0 |
| Cəmi | 199 | 16161 | 17 | 31 | 0 |
Azərbaycan çempionatlarında 10-cu mövsümünü keçirən "Xəzər Lənkəran"ın 5 futbolçusu bu yarışda 100 oyun səddini arxada qoyub.
| № | Futbolçu | Oyun | Qol |
| 1 | Rahid Əmirquliyev | 199 | 17 |
| 2 | Radomir Todorov | 142 | 1 |
| 3 | Alim Qurbanov | 130 | 11 |
| 4 | Kamran Ağayev | 122 | -75 |
| 5 | Rəşad Abdullayev | 115 | 12 |
Fanat.az