Qurbanov inamlı danışdı: "Onları təhlil etmişik"

Qurbanov inamlı danışdı: "Onları təhlil etmişik"
"Oyuna yaxşı hazırlaşmışıq. Avrokubok təcrübəmiz yetərincədi. Amma qrup mərhələsi fərqlidi. Rəqibi düzgün təhlil etmişik. Məncə, hamı sabahkı oyundan razı qalacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Sent-Etyen" klubunu sınağa çəkəcək "Qarabağ"ın çalışdırıcısı bu gün mətbuat konfransı keçirib. Qurbanov rəqiblə bağlı fikirlərini bildirib: "Rəqibi öyrənməyə çalışmışıq. Amma "Karabükspor"dan heç nə öyrənməmişik. Çünki onların əvvəlki oynlarına baxmaqla özümüzü aldada bilərdik. "Sent-Etyen" maraqlı rəqibdi. Həm hücumda, həm də müdafiədə yaxşı oynayan komandadı, standart vəziyyətlərdən təhlükəlidi. Müxtəlif oyunlarda məhz standart vəziyyətlərdən qollar buraxmışıq. Qapıçının üzərinə böyük iş düşəcək. O da buna görə daha ciddi hazırlaşır. Onların cərimə zərbələrini ustalıqla yerinə yetirən futbolçuları var. Ona görə də çalışmalıyıq az qayda pozuntusu edək. Çalışacağıq ki, rəqib künc zərbələrindən az istifadə etsin".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər