"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ulriş Kapolonqodan yenə imtina edib. Fanat.az xəbər verir ki, konqolo futbolçu yenidən əvəzedici komandaya göndərilib.
O, bu gün AZAL-la keçirilən matçın iştirakçısı olub. 4:0 hesabı ilə başa çatan matçda Kapolonqo "Qarabağ"ın 3-cü qoluna imza atıb. Ağdam klubunun heyətində həmçinin Toğrul Bilallı, Təmkin Xəlilzadə (penalti) və Elvin Nəsibov da fərqlənib.
Qeyd edək ki, Kapolonqo XXII turun "Rəvan", XXIII turun isə "Simurq"la matçlarında əvəzedici komandanın formasını geyinmiş və zaqatalalılarla oyunda dubl etmişdi.
Fanat.az