"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Simurq"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi vaxt azlığından gileylənib:
"Simurq"la oyuna hazırlaşmaq üçün vaxtımız azdı. 3 gündən bir meydana çıxırıq. Bizi çətin oyun gözləyir. "Sumqayıt" üzərində böyükhesablı qələbədən sonra, rəqib oyuna yaxşı əhvalda gələcək. Xal itkisi arzuolunmazdı".
Fanat.az