Qurban Qurbanov "Qəbələ" ilə oyunula (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi azarkeşlərə təşəkkür edib:
"Hava şəraiti əlverişsiz olsa da, maraqlı oyun alındı. Meydanda daha çox mübarizə gedirdi. Bizdə qələbə istəyi daha çox idi. Vacib üç xalı qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər bizi dəstəklədilər. Bizim çempionatda xal itirdiyimiz oyunlar olub. Elə olur ki, sonuncu pillələrdəki komandalara qarşı xal itkiləri ilə üzləşə bilərik. Hər bir rəqib bizdən xaql almaq potensialına malikdi. Futboldu, surprizlər ola bilər. Ona görə, hər oyundan sonra daha da ciddi hazırlaşırıq. Biz hər bir komandaya hörmətlə yanaşırıq. "Qəbələ"yə gələcək oyunlarında uğurlar arzulayıram".
Fanat.az