"Düşünürəm ki, yaxşı oyun oldu. Hər iki tərəf yaxşı oyun göstərdi. Azarkeşlər aktiv idi, əsl futbol ab-havası var idi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi vacib qələbə qazandıqlarını bildirib: "Vacib 3 xal qazandıq. Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq. Sürətli oyun keçdi, bu da onu göstərir ki, çempionat daha da canlanır, rəqiblər daha da güclənir. Hər bir oyun bizim üçün vacibdi. Bu səbəbdən ciddi olmalıyıq və sabit oyun göstərməyə çalışmalıyıq".
Qurbanov Rəşad Sadıqovun meydana qayıdışından danışıb: "Rəşad Sadıqov həm komandanın kapitanıdı, həm də dostumdu. Əsas heyətin hər bir oyunçusu olmayanda sıxıntı olur. Amma təcrübəli oyunçunun meydanda olması vacibdi. Onun meydanda olması komandanın xeyrinədi".
Fanat.az