Qurban Qurbanov AZAL-la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi azarkeşlərə təşəkkür edib:
“Oyun sönük keçdi, buna baxmayaraq, vacib 3 xal qazandıq. Bu gün AZAL bizim üçün tanış olmayan rəqibdi, oyunda sürpriz nəticə də ola bilərdi. Gələcəkdə Tərlan Əhmədovun rəhbərliyi altında öz oyun üslubu olacaq. Hesabda geridə olmalarına baxmayaraq, oyun intizamını pozmadılar. Tərlan Əhmədovun AZAL-a baş məşqçi təyin olunmasına sevindim, ona uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Bakının mərkəzindən bir az uzaqda oynasaq da, oyuna gəldilər. Legioner limitinə görə bu gün əsas heyətdə Vüqara şans verdim. Həm Vüqara, həm də Leroya şans verməyə çalışıram. Hələ çempionluqdan danışmaq tezdi. Qarşıda 7 oyun var, bu da 21 xal edir. Əvvəlcədən proqnoz verməyi xoşlamıram”.
Fanat.az