Qurban Qurbanov "Fasilədən sonra rəqib qapandı"

Qurban Qurbanov "Fasilədən sonra rəqib qapandı"
Qurban Qurbanov "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi rəqibi təbrik edib: 
"Məğlub olsaq da, maraqlı oyun oldu. “Qəbələ” çox istəkli idi”. Sistemlərində dəyişiklik etmişdilər. İlk hissədə açıq oyun getdi. Amma fasilədən sonra rəqib qapandı. Buna baxmayaraq, qol imkanları yaratdıq. "Qəbələ"ni təbrik edirəm".
Qeyd edək ki, bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab matçında 2:1 hesablı qələbə qazanan "Qəbələ" yarımfinala çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər