Qurban Qurbanov: "Emeqara Avroliqada oynamayacaq"

Qurban Qurbanov: "Emeqara Avroliqada oynamayacaq"

"İnnosent Emeqara Avropa Liqasında bizə kömək edə bilməyəcək. Çünki qrup mərhələsi artıq başlayıb. O, yalnız pley-offa çıxacağımız halda, həmin görüşərdə iştirak edə bilər". Fanat.az xəbər verir ki, bu sözləri azerisport.az saytına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov İtaliyanın "Siena" klubundan gətirdikləri hücumçu ilə qışadək müqavilə bağlayacaqlarını bildirib: "Bu futbolçu ilə dekabrın sonunadək müqavilə bağlayacağıq. Əgər bu müddət ərzində özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilənin müddətinin artırılması istisna deyil". 

Baş məşqçi bu transferə ehtiyaclarının olduğunu deyib: "Çumbinyo ilə Danilo Diasın zədəli olduğunu nəzərə alsaq, bu transferə ehtiyacımız var idi. Onun bacarığına şübhəm yoxdu. Baxmayaraq ki, hər yeni futbolçu üçün müəyyən vaxta ehtiyac lazım gəlir. Çempionatdakı fasilənin onun uyğunlaşmasına kömək edəcəyini düşünürəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər