Qurban Qurbanov: "Daha diqqətli olmalıyıq"

Qurban Qurbanov: "Daha diqqətli olmalıyıq"
"AZAL bizim üçün ağır rəqibdi. Həm ağır, həm də maraqlı oyun oldu". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-la oyundan (2:1) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi rəqib komandanf tərifləyib: "Bundan əvvəlki matçlarda rəqibi məğlub edə bilməmişdik. AZAL sona qədər döyüşən bir komandadı. Əks hücumda oynayan komanda istənilən rəqibi cəzalandıra bilər. AZAL hesabda geridə olmasına baxmayaraq, istəyindən vaz keçmədi, sona qədər mübarizə apardı. Son 20-25 dəqiqədə rəqib tempi aşağı saldı. Bizim üçün vacib 3 xal qazandıq. Komanda hələ tam istədiyimiz vəziyyətdə deyil".
Qurbanov yetirmələrinin daha diqqətli olmalarının vacibliyini vurğulayıb: "Bu oyunu yaddan çıxarmaq, qarşıdakı oyuna hazırlaşmaq lazımdı. Qarşıdakı oyunlarda çox diqqətli olmalıyıq. İki qol vurduqdan sonra bir qol buraxdıq. Futbolçular qələbəyə sevinməklə yanaşı, həm də düşünməlidi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər