Qurban Qurbanov "Simurq"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi vacib xallar qazandıqlarını deyib:
"Maraqlı oyun alındı. Vacib 3 xalı qazandıq. "Simurq" bizim üçün çətin rəqibdi. Ötən mövsüm "Simurq"a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm. Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik".
Fanat.az