Qurban Qurbanov: "Bəzilərinin xarakterinə görə narahatam"

Qurban Qurbanov: "Bəzilərinin xarakterinə görə narahatam"
"Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır. “Bakı”nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı" ilə oyundan (2:2) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bəzi futbolçulara görə narahat olduğunu bildirib: "Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Elə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdı. Buna baxmayaraq, futbolçulara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldu, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər