Qurban Qurbanov Diası niyə oynatmayıb?

Qurban Qurbanov Diası niyə oynatmayıb?

Qurban Qurbanov AZAL-la oyunla (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Danilo Diasın oynamamasının səbəbini açıqlayıb:

"Oyuna yaxşı hazırlaşmışdıq. Vacib qələbə qazandıq. Rəqib bu gün 3 qol buraxsa da, sona qədər mübarizə apardı. Düşünürəm ki, bütün komandalar AZAL-a qarşı oyunda çətinlik çəkəcəklər. Danilo Dias bu gün heyətə daxil edilməmişdi. Həmin mövqe üçün həm Cavid, həm də Dias var. Limitə görə, belə addım atdıq. Çempionat digər oyunlarında bu dəyişiklikləri görəcəksiniz. Qapıçı Fərhad Vəliyevin çıxışındam da razı qaldım".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər