"Səfərdəki heç-heçə bizə arxayınlaşmaq imkanı vermir. Bu gün bizi çətin oyun gözləyir". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab matçına çıxacaq və "Qəbələ"ni qəbul edəcək. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən "Qarabağ"a mərhələ adlamaq üçün yalnız qələbə sərf edir. "Qəbələ" isə qollu heç-heçə sayəsində də yarımfinala keçə bilər.
Səfər matçında komandanın bəzi əsas oyunçularına istirahət verən Qurbanov əsasən əvəzedici gözü ilə baxdığı futbolçuları meydana buraxmışdı. Baş məşqçi cavab matçının heyəti ilə bağlı konkret fikir bildirməyib: "Meydana hələ hansı heyəti buraxacağımı bilmirəm. Kimin hansı vəziyyətdə olmasına baxacağam və həkimlə məsləhətləşəcəm. Heyətdə dəyişikliklər ola bilər".
Fanat.az