"Qarabağ" Premyer Liqanın VII turunda "Neftçi"nin qonağı olacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov start heyətini açıqlayıb.
Baş məşqçi "Simurq"la oyunla müqayisədə 6 dəyişiklik edib. Belə ki, Qurbanov Tərlan Quliyev, Namiq Ələsgərov, Hacı Əhmədov, Muarem Muarem, Vüqar Nadirov və İlqar Qurbanova start heyətində şans verməyib. Əvəzində Qara Qarayev, Maksim Medvedev, Reynaldo Silva, Riçard Almeyda, Ansi Aqolli və Leroy Corc heyətə qayıdıb. Baş məşqçi "11-lik"də şans vermədiyi oyunçuları ehtiyatda saxlayıb.
Fanat.az