“İtaliya yığması indi çox dəyişib. Milliyə rəhbərlik etdiyim dönəmdə qarşılaşdığımız komandayla Antonio Kontenin çalışdırdığı milli fərqlidi”. Bu sözləri Fanat.az-a açıqlamasında son iş yeri AZAL olan Vaqif Sadıqov deyib.
Yığmanı AVRO-004-ün seçmə mərhələsi çərçivəsində apenninlilərə qarşı 2 oyuna çıxaran (0:2, 0:4) mütəxəssis komandanın ifasında layiqli mübarizə, yaxşı oyun görmək istədiyini deyib: “O vaxtkı İtaliyanın heyətində başda Alessandro Del Pyero olmaqla bir yox, bir neçə dünya səviyyəli ulduz var idi. Elə Andrea Pirlo bizə 0:2 hesabıyla qalib gəldikləri oyunda debüt etmişdi. Bakıda yaxşı mübarizə aparmışdıq. Düzdü, son nəticədə uduzduq. Amma rəqibdən çəkinmədiyimizi sübut etməyə çalışdıq. Bir neçə qol vəziyyəti yaratmağı bacardıq, məzmunlu oyun sərgilədik. Millinin qarşısına qrupdan çıxmaq tələbi qoyulubsa, ancaq müdafiə haqda düşünməməlidi. Millimiz qol buraxmamaq üçün oynasa, istənilən halda uduzacaq. Qarşıdakı iki oyundan - İatliya və Xorvatiya ilə matçlardan azı 1 xal götürməliyik. Mən millinin ifasında məzmunlu oyun görmək istəyirəm. Futbolçularımız bütün gücünü meydanda qoymalı. Yaxşı oyun əsas hədəf seçilməlidi. 3-cü yeri titmaqdan danışırıqsa, nəyə qadir olduğumuzu göstərməliyik. Bir daha deyirəm, söhbət son nəticənin necə olacağından getmir. Favorit rəqibdi və onsuz da səfərdə bu komandaya qarşı uğur qazanmaq şansımız azdı. Deməli, bacardıqca yaxşı oynamaq, çəkinməmək əsas hədəf olmalıdı”.
Fanat.az