"XL"ə göz dəydi, "qardaşlar" səfərdə sevindi (PROTOKOL)

"XL"ə göz dəydi, "qardaşlar" səfərdə sevindi (PROTOKOL)
Topaz Premyer Liqasında XXV tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.
Əvvəlcə meydana "Sumqayıt"la "İnter" çıxıb. Gənclik şəhəri təmsilçisi son iki turda "Neftçi" və "Bakı"dan 4 xal almışdı. "İnter" isə son 3 matçını sülhlə bitirmişdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar qələbə qazanıb - 1:0. "İnter"i 3 xala sevindirən qola 63-cü dəqiqədə Vaqif Cavadov imza atıb. Bununla da çempionatda vurduğu topların sayını 12-yə çatdıran kapitan bombardirlər cədvəlində liderliyi ələ keçirib.
Ardınca "Rəvan"la "Xəzər Lənkəran" üz-üzə gəlib. Türk məşqçilərin - Güvənc Kurtarla Mustafa Dənizlinin duelini birinci qazanıb - 2:1. Düzdü, hesabı 12-ci dəqiqədə "Xəzər Lənkəran"dan Nikola Qliqorov açıb. Lakin 20 dəqiqə sonra Orxan Lalayev bərabərliyi təmin edib. 90+3-cü dəqiqədə isə Miloş Adamoviç meydan sahiblərinin qələbə qoluna imza atıb. 
Günün son oyununda isə AZAL "Simurqu"ı qəbul edib. 2014-cü ildə qələbəyə həsrət qalan "təyyarəçilər" uğursuz seriyanı davam etdiribsə, zaqatalalılar ardıcıl 4-cü oyununda meydanı xalla tərk edib. Hesabı 9-cu dəqiqədə Stepan Polyak açıb. 74-cü dəqiqədə Nedo Turkoviç penaltini boşa verərək bərabərliyi təmin etmək imkanınlan yararlana bilməyib. 87-ci dəqiqədə isə Draqan Çeran ikinci topu AZAL-ın qapısından keçirib - 2:0.
Tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq. "Qəbələ" "Neftçi"ni, "Qarabağ" "Bakı"nı qəbul edəcək.
Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXV tur
8 mart
Sumqayıt - İnter 0:1
Qol: Vaqif Cavadov, 63.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 4. Samir Abasov (k) (18. Aleksandr Çertoqanov, 69), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 11. Ruslan Nəsirli (25. Fərid Kərimzadə, 86), 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (14. Məhəmməd Qurbanov, 58), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavko Georgievski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (8. Mikel Alvaro, 62), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Tsxadadze (12. İvo Taborski, 62), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev (91. Coşqun Diniyev, 82), 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 11. Asif Məmmədov, 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 89 (qeyri-idman hərəkəti) - Matiya Spiçiç, 86 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İsgəndər Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Gülağa Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 2500 tamaşaçı.
Rəvan - Xəzər Lənkəran 2:1
Qollar: Orxan Lalayev, 32. Miloş Adamoviç, 90+3 - Nikola Qliqorov, 12.
Rəvan: 85. Kamal Bayramov, 21. Novruz Məmmədov, 28. Boyan Markoviç, 4. Mitya Moreç, 8. Julio Sezar (15. Dmitri Kruqlov, 46), 40. Mişel Balokoq, 16. Orxan Lalayev, 20. Miloş Adamoviç, 17. Ramazan Abbasov (k) (19. Hüseyn Axundov, 69), 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 76), 18. Oke Akpoveta.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 14. Xuan Manuel Varea, 10. Tyaqo Mirasema, 41. Kamil Kopunek.
Baş məşqçi: Güvənc Kurtar.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 8. Deyan Blajevski (20. Mbilla Etame, 70), 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov (7. Sadio Tounkara, 81), 27. Manuel Skarlatake (30. Elias, 46), 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 9. Orxan Əliyev, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit.
Baş məşqçi: Mustafa Dənizli.
Sarı vərəqələr: Mişel Balokoq, 21 (qeyri-idman hərəkəti). Julio Sezar, 45+1 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 58 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Miloş Adamoviç, 72 (qeyri-idman hərəkəti). Oke Akpovete, 87 (qeyri-idman hərəkəti). Kamal Bayramov, 90 (oyunun bərpasını gecikdirdiyi üçün). Ramazan Abbasov, 90+3 (icazəsiz meydana daxil olduğu üçün).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Alik Yunusov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bayıl Arena". 2000 tamaşaçı.
AZAL - Simurq 0:2
Qollar: Stepan Polyak, 29. Draqan Çeran, 87.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 8. Qərib İbrahimov (22. Axtam Xamroqulov, 57), 10. Con Oluremi (7. Cavid Tağıyev, 84), 15. Oskar Klava, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov (k), 26. Kərim Diniyev, 31. Şəhriyar Rəhimov (27. Rəşad Abdullayev, 79), 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 25. Adil Nağıyev, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Simurq: 1. Pavel Kapsa, t2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako (30. Raul Kostin, 51), 10. Rəşad Eyyubov (21. Murad Səttarlı, 82), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 9. Mindauqas Kalonas, 3. Usim Nduka, 22. Salif Ballo.
Baş məşqçi: George Çixradze.
İstifadə olunmamış penalti: Nedo Turkoviç, 74.
Sarı vərəqələr: Şəhriyar Rəhimov, 47 (sistematik qayda pozuntusu). Qərib İbrahimov, 53 (qeyri-idman hərəkəti). Oskar Klava, 70 (qeyri-idman hərəkəti). Nedo Turkoviç, 76 (simulyasiya) - Benjamin Lambot, 37 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Aleksandr Şemonayev, 73 (azarkeşlərin ünvanına nalayiq ifadələr işlətdiyi üçün) - İlkin Qırtımov, 73 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
"AZAL Arena". 400 tamaşaçı.

1

Qarabağ

24

14

7

3

40-14

49

2

Qəbələ

24

13

4

7

34-21

43

3

İnter

25

12

6

7

37-27

42

4

Bakı

24

12

5

7

40-23

41

5

Neftçi

24

11

6

7

35-41

39

6

Simurq

25

8

9

8

25-19

33

7

Xəzər L

25

7

10

8

26-35

31

8

AZAL

25

6

8

11

24-36

26

9

Rəvan

25

3

8

14

15-43

17

10

Sumqayıt

25

2

7

16

16-43

13

Bombardirlər: Vaqif Cavadov (İnter) - 12. Reynaldo Silva (Qarabağ) - 11. Daniel Subotiç (Qəbələ) - 10. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər