"Vidadi Rzayev məni təhqir etdi" - MÜSAHİBƏ

"Vidadi Rzayev məni təhqir etdi" - MÜSAHİBƏ
"Kəpəz"in sabiq futbolçusu Elmin Əlizadənin müsahibəsi
- Hazırda hansı klubda forma geyinirsən?
- Bu gün "Lokomotiv"lə (Biləcəri) 3 illik müqavilə bağladım.
- Bundan əvvəl "Qarabağ" və "Kəpəz"də çıxış etmisən...
- Düzdü.
- "Kəpəz"dən niyə ayrıldın? Bizdə olan məlumata görə, baş məşqçi Vidadi Rzayevlə problemlərin olduğu üçün klubu tərk etmisən...
- Düzdü. Keçən il paltardəyişmə otağında mənə qarşı bir-iki kəlmə söz işlətdi. Mən də bunu təhqir hesab edərək klubdan ayrıldım. Bu il yenidən komandaya dəvət elədilər, məndən qisas almaq üçün. Vidadi Rzayev yoldaşlıq oyunlarında da məni heyətə salmırdı. "Lokomotiv"dən təklif aldım və bura gəldim.
- Bəs buna səbəb nə idi? Səninlə ədavətin səbəbi nə olmuşdu?
- "Göyəzən"lə oyunumuz idi, ilk yarıdan sonra biz 0:1 hesabı ilə geridə idik. Komandanın oyunu alınmırdı. Vidadi müəllim də qəzəbini ancaq mənə ünvanlamışdı.
- "Kəpəz"lə müqavilən ləğv olundu?
- Novruz Əzimovla Mehman Allahverdiyev öz aralarında danışıb razılığa gəldilər və məndə 3 illik müqavilə imzaladım.
- Yeni komandanda neçə nömrəli formanı geyəcəksən?
- Müqavilə bu gün imzalanıb. Əsas forma verilmədiyinə görə hələ bilinmir.
- İlk turda "Şuşa"ya qarşı oynuyacaqsız. Hazırlıqlar necə gedir?
- Bu tur oynamayacam, zədəm var. Ümumilikdə məşqlər çox yaxşı gedir, komanda ciddi şəkildə çempionata  hazırlaşır.
- Bu mövsüm l divizionun favoriti bu il hansı komandadı?
- Fikirmcə, "Neftçala". Ancaq öz komandamızı da favorit kimi görürəm.
piasport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər