İran Kubokunun (Hazfi Cup) qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, finalda "Traktorsazi" "Mis Kerman"la qarşılaşıb.
Oyun Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə "Traktorsazi" 44 illik tarixi ərzində ilk dəfə İran Kubokunun qalibi olub. Komanda bundan əvvəl iki dəfə - 1976 və 1994-cü illərdə finala çıxsa da, qalib ola bilməmişdi.
Fanat.az