"Traktorsazi" liderliyi qorudu

"Traktorsazi" liderliyi qorudu

İran Pro Liqasında X turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Traktorsazi" "Sepahan"ı qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 49-cu dəqiqədə "Sepahan"ın üzvü Rza Məhəmməd Xalatbari açıb. 70-ci dəqiqədə isə "Traktorsazi" Şoja Xəlilzadənin avtoqoluna sevinib.

Qeyd edək ki, "Traktorsazi" xal itkisinə rəğmən lidərliyini qoruyub. Təbriz klubu 21 xalla turnir cədvəlinə başçılıq edir və "İstiqlal"ı 3 xal qabaqlayır. Cənubi Azərbaycan təmsilçisi növbəti oyunun oktyabrın 3-də "Saypa"ya qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər