"Synergy Baku"nun Fransada möhtəşəm uğuru

"Synergy Baku"nun Fransada möhtəşəm uğuru

Fransada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşünün 4-cü mərhələsi "Synergy Baku" üçün möhtəşəm nailiyyətlə yadda qalıb. Fanat.az xəbər verir ki, 22 komandanın mübarizə apardığı yarışın 189 km-lik bu bölümü komandamızın üzvü Markus Eybegerin parlaq qələbəsilə əlamətdar olub.

Təmsilçimiz məsafəni 4 saat 53 dəqiqə 30 saniyəyə başa vurmaqla bütün rəqiblərini qabaqlayıb və finişi birinci keçib. Bu nəticə Eybegerin ümumi sıralanmada irəliləməsinə də şərait yaradıb. Hazırda velosipedçimiz 4 mərhələnin yekununa əsasən 7-cidi.

Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169,9 km məsafə qət edəcəklər. Qeyd edək ki, Markus Eybeger mayın 7-11-də keçiriləcək "Tour d`Azerbaidjan-2014" veloyürüşündə də çıxış edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər