"Simurq"un məşqçisi yığmaya çağırıldı

"Simurq"un məşqçisi yığmaya çağırıldı
"Simurq"un daha bir üzvü milli komandaya çağırılıb. Fanat.az xəbər verir ki, əvəzedici komandanın qapıçılarla işləyən məşqçisi Rauf Mehdiyev yığmanın qarşıdakı toplanışında iştirak edəcək.
Qeyd edək ki, "Simurq"dan İlkin Qırtımov də milliyə dəvət alıb. Ali Gökdəmir isə ehtiyat oyunçu kimi nəzərdə tutulub. Zaqatala klubundan Rəşad Eyyubovla Vadim Abdullayev isə U-21-ə çağırılıb.
A millimiz sentyabrın 3-də Moskva şəhərində Rusiyanın ilə yoxlama oyunu keçirəcək, ayın 9-da Bakıda Bolqarıstanla AVRO-2016-nın seçmə mərhələ oyununa çıxacaq. Yığmamız bununla əlaqədar sentyabrın 1-dən 4-dək Moskvada, 5-dən 9-dək isə Bakıda təlim-məşq toplanışı keçirəcək. U-21 isə avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 10-dək isə Lissabon şəhərində təlim-məşq toplanışında olacaq. Yığma sentyabrın 3-də İsrail, 9-da isə Portuqaliya ilə Avropa çempionatının seçmə matçına çıxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər