"Simurq"dan ayrılan məşqçi bıçaqlandı - ŞOK

"Simurq"dan ayrılan məşqçi bıçaqlandı - ŞOK
"Simurq"un seleksiyaçı-məşqçisi Mehman Hacıyev bu gün Gəncədə bıçaqlanıb. Fanat.az xəbər verir ki, 1974-cü il təvəllüdlü mütəxəssisə 4 bıçaq zərbəsi vurulub.
 
Hazırda o, reanimasiyadadı. Hacıyevin bıçaqlanma səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
Qeyd edək ki, Hacıyev əslən Gəncəlidi. O, xeyli müddət idi Zaqatala klubunda çalışsa da, bu ayın əvvəlində "Simurq"la yolları ayırmışdı.
 
O, 2013-cü ildə UEFA-nın "C" kateqoriyasını almış məşqçidi. Mütəxəssis futbolçu karyerası ərzində "Kəpəz" (1992-2000), "Qarabağ" (2000-2002) kimi klublarda top qovub. 1994/95 və 1998/99-cu illərdə ölkə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb. Məşqçi karyerası ərzində isə "Kəpəz"də əvəzedici heyətin baş məşqçisi, əsas komandada baş məşqçinin köməkçisi kimi çalışıb. 
Futbolinfo.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər