"Simurq"da oynamadı, İsraildə 4 qol vurdu

"Simurq"da oynamadı, İsraildə 4 qol vurdu
Yayda "Simurq"u tərk edən 6 legionerdən 2-si hazırda işsizdi. Fanat.az xəbər verir ki, onlardan ikisi - Anderson Oliveyra və Dilavər Zrnanoviç heç bir klubda çıxış etmir.
Ölkəmizi tərk edənlərdən Raul Kostin vətənində "Universtetea"nın formasını geyinir. O, komandasının 9 oyununda 612 dəqiqə oynayıb və 1 qola imza atıb.
Ötən mövsümün ikinci yarısında "Bakı"dan "Simurq"a icarəyə verilən, amma Zaqatala klubunda oynamaq istəməyən Mindauqas Kalonas İsrail çempionatında uğurlu çıxış edir. Litvalı forvard Hayfa "Hapoel"nin formasını geyinir. Kalonas 8 oyunda 535 dəqiqə oynayıb və 4 qola imza atıb. O, kubokun 5 matçında 3 dəfə fərqlənib.
"Simurq"da özünü yaxşı tərəfdən göstərə bilməyən Salif Ballo Əlcəzairin "MO Bejaia" klubunun əsas futbolçularından birinə çevirilib. O, yeni komandasının 6 oyununun hamısında meydana çıxıb və 475 dəqiqə oynayıb. Malili futbolçu bu müddətdə 3 qola imza atıb.
Nenad Kiso isə Bosniya və Hersoqovinanın "Sloboda" klubuna keçib. O, bu komandanın son 2 matçında 158 dəqiqə forma şansı qazanıb.

Futbolçu

Klub (Ölkə)

Oyun

Dəqiqə

Qol

Raul Kostin

Universtetea (Rumıniya)

9

612

1

Mindauqas Kalonas

Hapoel (Hayfa, İsrail)

8

535

4

Salif Ballo

MO Bejaia (Əlcəzair)

6

475

3

Nenad Kiso

Sloboda (Bosniya və H.)

2

158

0

Anderson Oliveyra

klubsuz

Dilavər Zrnanoviç

klubsuz

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər